Главная Мой профиль Регистрация Выход Вход
Приветствую Вас Qonaq | RSS
Четверг
25.04.2024
23:01
K I S S
  • Ana seyfe
  • Yuklemeler
  • Ordan-Burdan
  • Sou-biznes
  • Forum
  • Sekiller
  • Qonaq kitabcasi
  • Adminle elaqe
  • Sevgini yoxla
  • Test
  • Dahi lider-Heyd?r ?liyev
  • SCHOOL 207
  • Категории раздела
    Video [1]
    Xeberler [16]
    H.O.S.T [2]
    school 207 [0]
    Мини-чат
    Наш опрос
    Sevgiye munasibetiniz?
    Всего ответов: 582
    Статистика

    Saytda cemi: 1
    Qonaq: 1
    Istifadeciler: 0
    Главная » Статьи » Xeberler

    Azerbaycan Respublikası haqqında geniş melumat

    01




    Azərbaycan


    1991-ci
    il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycan
    Respublikası əvvəllər SSRİ-nin tərkibində
    olub. Hal-hazırda Azərbaycan Ermənistanla müharibə
    vəziyyətindədir. Ermənistan Azərbaycanın 20 faiz
    torpağını işğal edib.

    Azərbaycan Cənubi Qafqazda Qafqaz sıra dağları ilə
    Xəzər dənizinin arasında yerləşir. Paytaxtı
    Xəzər dənizinin sahilində yerləşən Bakı
    şəhəridir. Əsas ərazisindən əlavə, onun
    tərkibinə Naxçıvan Muxtar Respublikası da daxildir.
    Naxçıvan Muxtar Respublikası İranla həmsərhəddir;
    Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisi
    yerləşir.

    Zəngin neft ehtiyatlarına malik olan Azərbaycan ta qədim
    dövrlərdən özünün neft və qaz ehtiyatlarına
    görə tanınıb. Oda pərəstiş edən atəşpərəstlər
    burаda torpaqdan çıxan “əbədi ocaqlar”ın
    – yanar qazın ətrafında məbədlər tikiblər.


    QISA OÇERK

    XIX əsrdə - hələ Azərbaycan ərazisi
    Rusiya imperiyasının tərkibində olanda - burаda görünməmiş
    neft bumu başlayıb. Ölkəyə xarici sərmayədarlar
    axışıb, XX əsrin əvvəlлярində
    isə bütün dünya neft hasilatının, demək olar
    ki, yarısı Azərbaycanın payına düşüb.


    1994-cü ildə (1991-ci ildən ölkə artıq müstəqillik
    qazanıb) Azərbaycan Qərb konsorsiumu ilə 7,4 milyard ABŞ
    dolları dəyərində ilk iri neft müqaviləsi imzalayıb.
    Həmin vaxtdan Гərb şirkətləri ölkənin
    neft-qaz ehtiyatlarının istehsalına milyonlarla dollar yatırıblar.
    Xəzər dənizinin nefti indi boru kəməri vasitəsilə
    Bakıdan Gürcüstan vasitəsilə Türkiyənin Ceyhan
    limanına axır. Azərbaycan iri qaz ehtiyatlarına da malikdir.

    2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olub. Tez-tez
    genişmiqyaslı korrupsiyada və seçkilərin nəticələrinin
    saxtalaşdırılmasında ittiham olunan ökənin hakim
    dairələri Rusiya və Qərbin bu regionda geostrateji mövqeləri
    arasında balans qurmağa çalışırlar.


    FAKTLAR

    Rəsmi
    adı:
    Azərbaycan Respublikası

    Əhalisi: 8,4 mln insan (BMT-nin məlumatı, 2006)

    Paytaxtı: Bakı şəhəri

    Ərazisi: 86 600 kv.km

    Əsas dillər: Аzərbaycan, rus

    Əsas din: İslam

    Orta yaş həddi (kişi/qadın): 63/70 yaş
    (BMT-nin məlumatı)

    Pul vahidi: 1 manat = 100 qəpik

    Əsas ixrac məhsulu: neft və neft məhsulлarı

    Adambaşına düşən ortaillik gəlir:
    1 240 dollar (Ümumdünya Bankının məlumatı, 2006)

    İnternetdə domen: az

    Beynəlxalq telefon kodu: +994


    RƏHBƏRLƏR

    Prezident:İlham
    Əliyev

    İlham
    Əliyev 2003-cü ildə prezident kürsüsündə
    atası mərhum prezident Heydər Əliyevi əvəz edib.
    Heydər Əliyev oğlunu “siyasi xələfi” adlandırır
    və onu çoxdan yuxarı dövlət vəzifəsinə
    hazırlayırdı. Heydər Əliyev vəfat edəndə
    İlham Əliyev artıq ölkədə baş nazir, Dövlət
    Neft Şirkətinin vitse-prezidenti və hakim Yeni Azərbaycan
    Partiyasının sədr müavini idi. Prezident seçkisində
    İlham Əliyev bütün digər namizədləri geridə
    qoydu. Qərb müşahidəçiləri seçkiqabağı
    kampaniyanı sərt tənqid etdilər. Onların sözlərinə
    görə, seçkiqabağı kampaniya seçicilərin,
    KİV-in zorakılıq və qeyri-adi vasitələrlə
    qorxudulması ilə xarakterizə olunub. Polis müxalifətin
    nümayişini güc tətbiq edərək dağıtmış,
    bir çox adamı həbs etmişdiр.

    Heydər Əliyevin siyasi karyerası SSRİ dövründə
    təhlükəsizlik orqanlarından başlamış, Sovet
    İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
    Siyasi Bürosunda bitib. Müstəqil Azərbaycanın ağır
    dövrlərində yeni ideoloqa çevrilib. O, ölkədə
    qeyri-sabit vəziyyət olanda hakimiyyətə qayıdıb
    və Azərbaycanı 1993-cü ildən dəmir əllя
    idarя edib. Qяrb dяfяlяrlя onun idarяetmяsini
    insan hцquqlarыnыn vя KИV-in azadlыьынын
    pozulmasыna görə töənqid edib.

    Müxalifət əvvəlki kimi hazırkı prezident İlham
    Əliyevin demokratik prinsiplərə sadiqliyinə ciddi şübhə
    edir. Bu şübhələr 2005-ci ildə parlament seçkilərindən
    sonra keçirilən nümayişin dağıdılmasında
    polisin yenidən güc tətbiq etməsindən sonra daha da
    güclənib. Seçkilərin nəticələrinə
    görə, hakim partiya parlamentdə yarıdan çox yer tutub.
    Bununla yanaşı, ATƏT və Avropa Şurasının
    müşahidəçiləri bildiriblər ki, seçki
    beynəlxalq standartlara az uyğun gəlib.

    İlham Əliyev 1961-ci ildə anadan olub. O, tarix elmləri
    namizədidir. Müstəqillik dövründə bizneslə
    məşğul olaraq varlanıb. Evlidir, üç uşağı
    var.



    Baş nazir: Artur Rəsizadə

    Xarici işlər naziri: Elmar Məmmədyarov

    Daxili işlər naziri: Ramil Usubov

    Milli təhlükəsizlik naziri:
    Eldar Mahmudov

    Müdafiə naziri: Səfər Əbiyev

    Baş prokuror: Zakir Qaralov

    Fövqəladə hallar naziri: Kəmaləddin
    Heydərov

    Müdafiə sənayesi naziri: Yavər Camalov

    Ədliyyə naziri: Fikrət Məmmədov

    Maliyyə naziri: Samir Şərifov

    Vergilər naziri: Fazil Məmmədov

    İqtisadi inkişaf naziri: Heydər Babayev

    Sənaye və energetika naziri: Natiq Əliyev

    Nəqliyyat naziri: Ziya Məmmədov

    Əmək və əhalinin sosial müdafiəsi naziri:
    Füzuli Ələkbərov

    Kənd təsərrüfatı naziri: İsmət
    Abasov

    Ekologiya və təbii sərvətlər naziri:
    Hüseynqulu Bagırov

    Mədəniyyət və turizm naziri: Əbülfəs
    Qarayev

    Təhsil naziri: Misir Mərdanov

    Səhiyyə naziri: Oqtay Şirəliyev

    Rabitə naziri: Əli Abbasov

    Gənclər və idman naziri: Azad Rəhimov


    KİV

    Azərbaycanın dövlət və ictimai KİV-i
    özəl və müxalifət mətbuatı, həmçinin,
    sayı o qədər də çox olmayan özəl radio
    və televiziyaları ilə rəqabətdədir. Azərbaycanın
    Konstitusiyası söz azadlığına təminat verir, buna
    görə də nəzəri cəhətdən ölkənin
    bütün kütləvi informasiya vasitələri azaddır.
    Buna baxmayaraq, hakimiyyəti tənqid edən KİV və ayrı-ayrı
    jurnalistlər mütəmadi olaraq təzyiq və təqiblərə
    məruz qalırlar. Tanınmış müxalif yönümlü
    jurnalist Elmar Hüseynov 2005-ci ildə öldürülüb.
    2006-cı ilin sonunda beynəlxalq təşkilatlar, ATƏT və
    Avropa Şurası da daxil olmaqla, müstəqil ANS televiziyası
    və radiosunun müvəqqəti olaraq qapadılmasını
    tənqid ediblər. Ölkənin ilk müstəqil televiziya
    və radiosu (1991-1994) hələ də lisenziyasını təzələyə
    bilməyib. Əsası ABŞ-da olan jurnalistlərin müdafə
    komitəsi müstəqil və müxalifyönümlü
    mətbu orqanların təqib edilməsinə irad tutub. 2005-ci
    ildə dövlət tərəfindən açıqcasına
    nəzarətdən kənar olmalı olan İctimai Televiziya
    və Radionun yayımı başlayıb. Belə bir yayımın
    yaradılması Azərbaycanın demokratiya və insan hüquqları
    məsələləri ilə məşğul olan Avropa Şurasına
    daxil olarkən qarşısına götürdüyü öhdəliklərdən
    biridir. Azərbaycanda iki dövlət televiziyasından birinin
    bazasında ictimai televiziya yaradılıb, digəri AzTV1 isə
    qapalıtipli səhmdar cəmiyyətinə çevrilib. Azərbaycana
    Türkiyənin TRT1 və STV telekanalı, Rusiyanın isə
    RTR və ORT televiziyaları retranslyasiya olunur. Amma Azərbaycanın
    Milli Teleradio Şurasının qərarına görə,
    Rusiya telekanallarının Azərbaycana yayımı 2007-ci
    ilin iyulun 1-dən dayandırılacaq. Ölkənin bəzi
    yerlərində televiziya tamaşaçıları Ermənistanın
    da televiziya kanallarını seyr edə bilirlər.




    Mətbuat

    “Azərbaycan” - gündəlik hökumət
    qəzeti

    “Azadlıq”- gündəlik
    qəzet

    “Exo” - rus dilində gündəlik qəzet

    “Ekspress”- həftəlik
    qəzet

    “Yeni Azərbaycan” - gündəlik qəzet

    “Yeni Müsavat” - gündəlik qəzet

    “Zerkalo”- Azərbaycan və
    rus dillərində gündəlik qəzet

    “525-ci q?zet”- gündəlik
    qəzet

    “Bacu sun”- həftəlik
    ingilis dilində qəzet



    Televiziya

    “AzTV”– dövlət
    televiziyası

    “I.TV”- ictimai televiziya, 2005-ci
    ilin avqust ayından yayımlanır

    “ANS TV”– Azerbaijan News
    Services – nüfuzlu özəl televiziya

    “Space TV”– özəl
    televiziya

    “Lider TV”– özəl
    televiziya

    “ATV”- Azad Azərbaycan- özəl televiziya



    Radio

    Azərbaycan radiosu– dövlət
    radiosu

    I.ctimai radio– 2006-cı ildən
    yayımlanır

    “ANS C,M”– özəl
    FM radiostansiyası, xəbər və musiqi verir

    “Lider”- özəl FM radiostansiyası

    “Azad Azərbaycan” – özəl FM
    radiostansiya

    “Europe Plus”– özəl
    musiqi radiostansiyası




    Agentliklər

    AzərTAc- dövlət informasiya
    agentliyi

    Turan- özəl informasiya agentliyi

    Trend- özəl informasiya
    agentliyi

    APA- özəl informasiya agentliyi


    1918-ci ilin Mart soyqırımı

    1917-ci ildə Rusiyada baş verən oktyabr çevrilişi
    bütünlüklə Qafqaz regionunda siyasi prosesləri gərginləşdirmişdi.
    Çar Rusiyasının süqutu bir sıra millətlərin
    dövlət yaratmaq istəyinə açılan qapı idi.
    Ermənilərin “daşnaksütun” partiyası isə
    yaranmış siyasi vəziyyətdən “Böyük
    Ermənistan” (Qara dənizdən Xəzər dənizinə
    qədər Ermənistan Respublikası yaratmaq) arzularını
    gerçəkləşdirmək üçün istifadə
    etməyə başlayıb. Bu məqsədlə də ermənilər
    1918-ci ilin 31 martında Azərbaycanda soyqırım törədiblər.
    Azərbaycan Xalq Cümhuriyyəti (1918-ci il mayın 28-də
    Şərqdə ilk demokratik respublika - Azərbaycan Cümhuriyyəti
    yaradılmışdı. Bu parlamentli respublika cəmi iki il
    mövcud oldu. Azərbaycan Cümhuriyyəti 1920-ci il aprelin
    27-də Sovet Rusiyası tərəfindən işğal olunaraq
    SSRİ-nin tərkibinə qatılıb) fövqəladə
    istintaq komissiyasının materiallarına görə, qırğını
    törədən bolşevik ordusunun 80 faizi ermənilərin
    “daşnaksütun” partiyasının üzvlərindən
    təşkil olunub. Bundan başqa, istintaq materiallarında ermənilər
    tərəfindən törədilən qırğın nəticəsində
    50 mindən artıq azərbaycanlının öldürüldüyü
    bildirilir. Faciə nəticəsində onlarca ailə tamamilə
    məhv edilib. Sovet hakimiyyəti dövründə uzun illər
    bu qətliamın üstündən sükutla keçilsə
    də, Azərbaycan müstəqillik qazandıqdan sonra, bu hadisələr
    öz qiymətini alıb. 1998-ci ildən etibarən, Heydər
    Əliyevin fərmanı ilə Azərbaycan xalqı 31 Martı
    azərbaycanlıların soyqırım günü kimi qeyd
    edir.



    Qarabağ müharibəsi


    Hələ
    SSRİ dövründə Azərbaycanın Dağlı Qarabağ
    bölgəsində yaşayan ermənilər Ermənistan Respublikası
    tərəfindən provokasiya edilmişdi. Yerli azərbaycanlılara
    nisbətən çox az olan ermənilərin müstəqillik
    tələbləri 1989-cu ildən bəri silahlı münaqişəyə
    səbəb oldu. Azərbaycan müstəqillik əldə etdikdən
    sonra isə bu münaqişə iki ölkə arasında müharibəyə
    çevrildi. Hal-hazırda Azərbaycanın Dağlıq Qarabağ
    və ona bitişik 7 rayonu Ermənistanın işğalı
    altındadır. İşğal altında olan ərazi Azərbaycanın
    ümumi ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə
    nəticəsində Dağlıq Qarabağ və ətraf
    rayonlardan 1 000 000-a yaxın azərbaycanlı əhali öz
    yaşayış yerlərini tərk edib, 24 000-dən çox
    insan həlak olub, 50 000 nəfər yaralanıb və ya şikəst
    olub. Hazırda erməni tərəfin müntəzəm olaraq
    atəşkəsi pozması nəticəsində 10 000-dən
    çox azərbaycanlı həlak olub.

    Qeyd edək ki, XVIII əsrdə Azərbaycanda müstəqil
    xanlıqlar mövcud olub. Azərbaycan ərazisi Çar Rusiyası
    tərəfindən XIX əsrdə işğal olunduqdan sonra,
    Qarabağ xanlığı da ləğv olunub. Bundan sonra Rusiya
    hokuməti Türkiyədən və İrandan 1 milyondan çox
    ermənini Azərbaycan ərazisinə, əsasən də
    Qarabağ bölgəsinə köçürüb. 1923-cü
    ildə SSRİ tərəfindən zorla Dağlıq Qarabağ
    Muxtar Vilayəti qurulub. 1989-cu ildə Azərbaycan Ali Sovetinin
    qərarı ilə muxtariyyət ləğv olunub. 1991-ci ildə
    Dağlıq Qarabağdakı separatçı ermənilər
    müstəqillik elan ediblər. Heç bir beynəlxalq qanuna
    uyğun gəlməyən bu “müstəqillik” indiyə
    kimi haqlı olaraq heç bir ölkə tərəfindən
    tanınmayıb. İşğal olunmuş ərazilərdə
    olan tarixi abidələr dağıdılıb, ərazidə
    olan təbii sərvətlər, xüsusilə qızıl
    yataqları separatçı rejim tərəfindən qanunsuz
    olaraq istismar olunur. Birləşmiş Millətlər Təşkilatının
    Təhlükəsizlik Şurasının 1993-cü ildə
    qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində
    Azərbaycan Respublikasının ərazi bütövlüyünün
    tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin
    qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq,
    Ermənistan Respublikası bu gün də işğalçılıq
    siyasətini davam etdirir. Cəbhə bölgəsində yerləşən
    Azərbaycan kəndləri daim atəşə tutulur.



    Xocalı soyqırımı

    1992-ci
    il fevralın 25-dən 26-na keçən gecə Ermənistan
    silahlı dəstələri Xankəndidə yerləşdirilmiş
    Rusiyaya aid 366-cı motoatıcı alayının zirehli texnikası
    və hərbi heyətinin dəstəyi ilə azərbaycanlılar
    yaşayan Xocalı şəhərinə hücum edib. Hücumdan
    əvvəl, fevralın 25-i axşam çağından şəhər
    toplardan və ağırzirehli texnikadan şiddətli atəşə
    tutulmağa başlayıb. Nəticədə, şəhərdə
    yanğınlar baş verib və fevralın 26-sı səhər
    saat 5 radələrində şəhər tam alova bürünüb.
    Belə bir vəziyyətdə, erməni əhatəsində
    olan şəhərdə qalan, təqribən, 2500 nəfər
    əhali yaxınlıqda, azərbaycanlılar məskunlaşan
    Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə
    şəhəri tərk etməyə məcbur olublar. Ancaq
    bu niyyət baş tutmayıb. Xocalıda XX əsrin ən böyük
    faciələrindən biri baş verir. Əsas tərkibi milliyyətcə
    erməni olan həmin alay yerli əhalini amansızcasına
    qətlə yetirib, qadınları və az yaşlı uşaqları
    öldürüb. Bu faktlar mərhum telerepartyor Çingiz Mustafayevin
    çəkdiyi lentlərlə, sənəd və fotoşəkillərlə
    bir daha sübut olunub.


    Xocalı soyqırımı nəticəsində
    613 nəfər həlak olub:

    uşaqlar - 63 nəfər;

    qadınlar - 106 nəfər;

    qocalar - 70 nəfər;

    8 ailə tamamilə məhv edilib;

    25 uşaq hər iki valideynini itirib;

    130 uşaq valideynlərindən birini itirib;

    487 nəfər yaralanıb, onlardan:

    uşaqlar - 76 nəfər;

    1275 nəfər əsir götürülüb;

    150 nəfər itkin düşüb.


    Dövletin ve əhalinin əmlakına
    01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd rubl dəyərində
    ziyan vurulub:

    Bu rəqəmlər Ermənistanın Azərbaycanın tərkib
    hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana
    birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi
    əsasında yaranmış Ermənistan-Azərbaycan münaqişəsinin
    ən dəhşətli, qanlı faciəsidir. Azərbaycan
    Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı
    soyqırımı günü" elan edib. Hər il fevralın
    26-da saat 17:00-da Azərbaycan xalqı Xocalı soyqırımının
    qurbanlarının xatirəsini yad edir.

    Категория: Xeberler | Добавил: Kiss (16.11.2008) | Автор: kamran
    Просмотров: 28332 | Комментарии: 13 | Рейтинг: 3.3/3 |
    Всего комментариев: 131 2 »
    13 aysel  
    0
    insa yazacaqdim cox komek etdi love

    12 aysel  
    0
    saq ol

    11 aysel  
    0
    SAG  OL  COX MAAQLI MELUMATLAR VAR surprised :)

    10 Rehman  
    0
    bu seyfiye pis soz yazanin ..........................

    9 Rehman  
    0
    Omrumde bu gozel melum   at almamisdim  wink tongue surprised sad cool happy

    8 Melumat  
    0
    esseye melumat toplayiram mence 5 alaram  book

    7 leman  
    0
    maraqli melumatlar var tongue

    6 elvin  
    0
    ela

    5 nihad  
    0
    goplama pervin

    4 01.23.2013  
    0
    azerbaycanin belencine gozel yerleri oldugunu bilmirdim
    wacko

    1-10 11-13
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Форма входа
    Поиск

     Copyright MyCorp © 2024