Главная Мой профиль Регистрация Выход Вход
Приветствую Вас Qonaq | RSS
Пятница
03.05.2024
05:36
K I S S
Категории раздела
Sevgi [8]
Mahnilar [1]
Gulmeli [2]
Kompyutor [0]
Meshurlar [0]
video [4]
Maraqli xeberler [3]
Мини-чат
Наш опрос
Sevgiye munasibetiniz?
Всего ответов: 582
Статистика

Saytda cemi: 1
Qonaq: 1
Istifadeciler: 0
Главная » 2009 » Mart » 28 » KloveM ve ureyin sohbeti
KloveM ve ureyin sohbeti
19:41
Yenə tənhayam... Yenə səni düşünürəm. Sənsizlik əzab verir mənə...

KloveM dözmədi ürəyin bu iztirablarına və sanki bir mübarizə başladı içində:
KloveM:Nədir dərdin, nədir bu iztirabların səbəbi ?

Sevdiyimdən ayrı olmağım

KloveM: Sevdiyin !? Sən onu sevirsən?

Sevirəm.

KloveM: Bu sənə elə gəlir.

Yox, bu heqiqətdir.

KloveM: Həqiqət... Həqiqət odur ki, sən ozun ozunu aldadırsan.

Yalan deyirsən

KloveM: Yalan deyirəm? O zaman cavab ver suallarıma.

Buyur.

KloveM: Demək sən onu sevirsən.

Sevirəm! Sevirəm! Sevirəm!

KloveM: Çoxmu sevirsən ?

Hər şeydən çox.

KloveM: Onun bundan xəbəri varmı ?

Yox.

KloveM: Sənin onunla hər hansı yaxın munasibətin varmı?

Yox.

KloveM: Deməli onun xasiyyətinə yaxından bələd deyilsən?

Yox.

KloveM: Yaxşı, bax onda nəyini sevirsən sən onun? Sadəcə xarici gorunuşunu?

...

KloveM: Susursan, cunki qəbul eləmək istəmirsən bunu, amma bu belədir. Onu sevdiyini soyleyirsen, amma yaxından tanımırsan, yəni onun musbət və ya mənfi xususiyytlərini bilmirsən. Bele çıxır ki, sən onu yox, o gozəlliyin timsalında xəyalında canlandırdığın ideal bir gızı (oğlanı)sevirsən. Onun yerində başqa bir gozəl giz (oğlan) da ola bilərdi. Nə isə, davam edək. Bu sevgidən nə gozleyirsən? Məqsədin nədir?

Mən bu sevginin qarşılığında ondan hec nə gozləmirəm, onun varlığı bəsdir mənə.

KloveM: Bax bunu isə mən qəbul eləmək istəmirəm. Demək bu sevgi deyil, sadəcə gozəlliyə olan vurğunluqdur. Sevgi- sevdiyinə qovuşmaq arzusudur, onunla birlikdə olmaq istəyidir.

Elə bilirsən mən bunu istəmirəm !?

KloveM: Bunun ucun konkret bir addım atmısanmı ?

Yox.

KloveM: Niyə ?

Bu mümkün deyil, məndən asılı olmayan səbəblər var.

KloveM: Bəlkə qorxursan?

Nədən?

KloveM: Bəlkə onun səni qəbul etməyəcəyindən? Bəlkə onun sənin xəyalında canlandırdığın kimi olmayacağından?

...

KloveM: Yenə susursan. Nə vaxta kimi davam edəcək axı bu hisslər? Nə vaxta kimi ozunu inandırdığın bu sevgidən əzab cəkəcəksən?

Nə qədər ki, sağam, Nə qədər ki, döyünürəm sevəcəyəm onu.

KloveM: İnanmıram. Otəri hissdir bu. Gozden uzaq olan konüldən iraq olar deyiblər. O sənin yanında deyil və əvvəl-axır unudacaqsan onu.

Yox, hec vaxt. Mən hər an onu düşünürəm. Onun xəyalı həmişə mənimlədir.

KloveM: Boş təsəllidir. İnsan omru boyu xeyalla yaşaya bilməz. Sənin bu hislərinə cavab vərəcək birinə ehtiyac duyacaqsan və nə vaxtsa onun kimi gozəl, eyni zamanda səni sevən, başa duşən bir giz (oğlan) qarşına çıxsa unudacaqsan bu sevgini. O yalnız şirin bir xatirəyə cevriləcək sənin üçün.

İnanmıram sənə !

KloveM: Nə qədər ki, tezdir, əl çək bu sevdadan. Boş yerə aldatma ozunu, əzab vermə ozunə.Sabah onu bir başqasıyla gorsen-ki, onun buna haqqı var- daha cox əzab cəkəcəksən. Yaxşısı budur bu fikirləri başından at. Necə ki, onun varlığına alışmısan, cətin də olsa yoxluğuna da alışacaqsan. Bunu da yadında saxla: Nə qədər ki, insan fanidir və fani olanı sevir, bu sevginin omru cox az olacaq. Əbədi olanı sevmək lazımdır!!!

...

Ürək susdu bu sözlərin qarşısında, nə cavab verəcəyini bilmədi. Amma ağlın dediklərini də qəbul etmədi, çünki o, sabahı düşünmur, o, bu gün ilə yaşayır. İnsan ağlı ilə hərəkət edir, amma qəlbiylə sevir…

 

Категория: Sevgi | Просмотров: 2332 | Добавил: Kiss | Рейтинг: 4.0/2 |
Всего комментариев: 2
2 ayla  
0
coz gozel idi...qelbin sesini dinlemek en yaxsisidi

1 KloveM  
0
M---c men seni sevirem. KloveM

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
Поиск
Календарь
«  Mart 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Архив записей

 Copyright MyCorp © 2024